Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kursk vilayətində regional fövqəladə vəziyyət rejimi ləğv edilib
Kursk vilayətində regional fövqəladə vəziyyət rejimi ləğv edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru və hökumətinin "Telegram" kanalı məlumat verib.
Bildirilir ki, qərar vilayətin ərazisində artıq federal səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə əlaqədar qəbul edilib.
"Kursk vilayətində regional xarakterli fövqəladə vəziyyət rejiminin ləğv edilməsi haqqında sərəncam imzalanıb. Bu, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə hökumət komissiyasının region ərazisində federal səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərar qəbul etməsi ilə əlaqədardır", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin regiona müdaxiləsindən bir gün sonra - avqustun 7-də Kursk vilayətinin ərazisində regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib. Qubernator səlahiyyətlərini icra edən Aleksey Smirnovun sözlərinə görə, qərar "düşmən qüvvələrinin regionun ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq" üçün qəbul edilib. Avqustun 9-da Rusiya Fövqəladə Hallar Nazirliyi Kursk vilayətindəki vəziyyətin federal xarakterli fövqəladə vəziyyət kimi təsnif edildiyini bildirib. Avqustun 10-da Kursk, Belqorod və Bryansk vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq edilib. Kursk vilayətinə Rusiya Silahlı Qüvvələrinin ehtiyat bölmələri göndərilib.
"Kurska hücum" teqi üzrə xəbərlər
- Rusiya ordusu Kursk vilayətində 10 yaşayış məntəqəsini azad etdi
- Rusiya Kurskda genişmiqyaslı əks-hücuma başladı
- Şoyqu: "Moskva enerji obyektlərinə zərbələrdən imtina etdi, lakin Kiyev buna qarşı çıxdı"
- Ukraynanın beş bəndli qələbə planı: Zelenski Rusiyanı necə məğlub etmək istəyir?
- Putindən Qərbə xəbərdarlıq: Rusiya cavab versə, Avropada nələr baş verəcək?
Rəylər