Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub
Ərdəbil əyalətinin Mühəqqiq Ərdəbili Universiteti "Xətai" Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan türkcəsi təlim seminarının keçirilməsinə məhdudiyyət qoyub.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
16 seansdan ibarət bu seminar öyrəncilərə Ana dilinin öyrədilməsi və inkişaf etdirilməsi məqsədilə hazırlanıb, ancaq universitet rəhbərliyi seminarın təşkilinə süni maneələr yaradıb. Universitetin etirazına səbəb Mədəniyyət Mərkəzinin hazırladığı "Anama oxşarlığımdır, Ana dilim" başlıqlı banner olub. Senzuraya etiraz edən tələbələr universitetin şəhərciyində heç bir dizaynı və yazısı olmayan ağ pankart quraşdırıblar.
"İran" teqi üzrə xəbərlər
- Abbas Əraqçi: "İran Suriyaya qoşun göndərə bilər"
- İranın Əfqanıstanla sərhəddə inşa etdiyi təhlükəsizlik divarının görüntüləri yayıldı
- Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
- Tehranda 8 siyasi məhbus ölüm və həbs cəzasına məhkum edilib
- Pezeşkiandan İranda benzin böhranı ilə bağlı xəbərdarlıq
Rəylər