Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstanın Konstitusiya Məhkəməsi parlament seçkisi ilə bağlı qərar verdi
Gürcüstanın Konstitusiya Məhkəməsi prezident və müxalifətçilərin oktyabrın 26-da keçirilmiş parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddialarını baxılmaq üçün qəbul etməyib.
Oxu.Az-ın "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Konstitusiya Məhkəməsinin saytında məlumat verilib.
Məlumata görə, bu, yekun qərardır, ondan apellyasiya şikayəti verilə və ya yenidən nəzərdən keçirilə bilməz.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişivli və müxalifət Konstitusiya Məhkəməsindən parlament seçkilərinin konstitusiyaya zidd olduğunu qəbul etməyi tələb edirdilər. İddianın müəllifləri səsvermənin gizliliyinə və ümumi seçki hüququ prinsipinin pozulmasına etiraz ediblər.
Rəylər