Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Putin Ərdoğanla gizli razılaşıb: Şübhəli məqamlar hansılardır?
"Rusiya Suriyanı, hətta Bəşər Əsəd rejimini Türkiyənin nəzarətinə vermək məcburiyyətində qalıb. Belə bir iddianı səsləndirmək üçün yetərincə şübhəli məqamlar var".
Bunu Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov Suriyada baş verən prosesləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə mediası bir müddət öncə gündəmi Suriya üzərindən qurmağa çalışıb:
"Həm də Türkiyə və Rusiya bir-birinə ittihamlar səsləndirirdi ki, bu da onların arasında gərginlik olduğu təəssüratı yaradırdı. Sergey Lavrovun "Hürriyyət" qəzetinə verdiyi müsahibədəki fikirlər, Türkiyə tərəfinin Ukrayna üzərindən Rusiyanın maraqlarına uyğun olmayan açıqlamaları və s. Bütün bu proseslər fonunda oyandıq ki, Hələb məhz Türkiyənin dəstəklədiyi qruplaşma tərəfindən ələ keçirildi", - deyə jurnalist əlavə edib.
Rusiyanın Suriyanı Türkiyənin nəzarətinə vermək məcburiyyətində qalmasına gəlincə, T.İbrahimov qeyd edib:
"Türkiyə Bəşər Əsədlə görüşüb razılığa gəlmək üçün proses başlatmışdı. Rusiya da bunda maraqlı idi. Görünən odur ki, Vladimir Putin Bəşər Əsədi razı sala bilmədi. Beləliklə, həm onun sözü yerə düşmüş oldu, həm də Rəcəb Tayyib Ərdoğanın uzatdığı əl havada qaldı. Bunun ardınca fikirlər yayılmağa başladı ki, Ukraynaya başı qarışan Rusiya razılıq verdi ki, Türkiyə Suriyadakı proseslərə nəzarət etsin".
Daha ətraflı videomaterialda:
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib
- Ərdoğan-Tramp əməkdaşlığı Ukrayna müharibəsinə son qoya bilər - "Kaspi"nin TƏHLİLİ
- Bu xəbərləri qaçırmayın: 27.11.2024-ün ən mühüm hadisələri
- Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirə kitabında Ərdoğanla görüşündən yazdı
- Bu xəbərləri qaçırmayın: 26.11.2024-ün ən mühüm hadisələri
Rəylər