Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Putindən Qərbə xəbərdarlıq: Rusiya cavab versə, Avropada nələr baş verəcək?
"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu Rusiya daxilində panika yaratmaq və vəziyyəti gərginləşdirmək məqsədi daşıyırdı, lakin düşmənin planları uğursuz oldu".
Oxu.Az-ın Rusiya mediasına istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin Kursk və Zaporojye Atom Elektrik Stansiyalarına yaxın əraziləri atəşə tutmasını "çox təhlükəli terror aktları" adlandırıb.
Rusiya liderinin sözlərinə görə, ölkəsinin bu atəşlərə mütənasib cavab verməyə başlayacağı təqdirdə Avropada nələr baş verəcəyini təsəvvür etmək çətin deyil.
Prezident, həmçinin qeyd edib ki, Ukrayna qüvvələrinin hərəkətləri Rusiya cəmiyyətini ancaq birləşdirib və Kursk vilayətindəki hadisələrdən sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq istəyənlərin sayı daha da artıb.
Onun sözlərinə görə, Kiyevin digər bir məqsədi Rusiyanın Donbasdakı hücumunu dayandırmaq olub.
"Düşmənin məqsədi bizi əsəbiləşdirmək, təlaşlandırmaq, qoşunları bir sahədən digərinə köçürmək və əsas istiqamətlərdə, ilk növbədə azad edilməsi bizim prioritetimiz olan Donbasda hücumumuzu dayandırmaq idi", - deyə o əlavə edib.
Putinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri vəziyyəti sabitləşdirib və sərhədyanı ərazilərdən Ukrayna ordusunu sıxışdırmağa başlayıb.
"Vladimir Putin" teqi üzrə xəbərlər
- Putin Ərdoğanla gizli razılaşıb: Şübhəli məqamlar hansılardır?
- Putin və iranlı həmkarı Pezeşkian Suriyada vəziyyəti müzakirə ediblər
- Ərdoğan-Tramp əməkdaşlığı Ukrayna müharibəsinə son qoya bilər - "Kaspi"nin TƏHLİLİ
- Putin Merkeldən üzr istədi
- Putin: "Rusiya bütün məhvetmə vasitələrindən istifadə edəcək"
Rəylər