Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cənubi Koreya hökuməti hərbi vəziyyəti ləğv etməyə razılaşıb
Koreya Respublikası hökuməti ölkə Prezidenti Yun Sok Yolun hərbi vəziyyətin aradan qaldırılması təklifi ilə razılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, hərbi vəziyyətin tətbiqində iştirak edən Cənubi Koreyanın bütün hərbi qulluqçuları daimi dislokasiya yerlərinə qayıdıblar. Bütün hərbi qulluqçular geri çağırılıb və bazalarına qaytarılıb.
Həmçinin, prezidentin bəyanatından sonra hərbi vəziyyət komandanlığı ləğv edilib.
Cənubi Koreya parlamenti ölkədə hərbi vəziyyətin ləğvinə səs verib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Vu Von Sik iclasda məlumat verib.
Qeyd olunur ki, iclasda iştirak edən 190 deputatın hamısı ləğvin lehinə səs verib. Parlamentdə cəmi 300 deputat var.
Cənubi Koreya Prezidenti Yun Sok Yol çərşənbə gecəsi Şimali Koreya tərəfdarı olan qüvvələri təmizləmək və liberal konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyətin tətbiq edildiyini açıqlamışdı.
Onun sözlərinə görə, ona qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri hakimiyyəti iflic etmək təhlükəsi yaradır.
Prezidentin hərbi vəziyyət elan etməsindən sonra Koreya Respublikası Milli Assambleyasının binasına giriş-çıxış bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Müxalifət prezidentin qərarını konstitusiyaya zidd adlandırıb. "Toburo" Demokratik Partiyası deputatları toplamaq qərarına gəlib.
Koreya Respublikasının Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilib. Hərbi vəziyyət müddətində Pak An Su Milli Assambleyanın, siyasi partiyaların və birliklərin fəaliyyətinə, eləcə də mitinqlərin keçirilməsinə qadağa qoyub. Həmçinin, regional parlamentlərin fəaliyyəti də qadağan edilib.
Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika görüntülənib. Fotoları "Reuters" agentliyi yayıb.
Cənubi Koreyanın Müdafiə Nazirliyi əsas komandirlərin iclasını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilir ki, bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.
Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti parlamentə nəzarətdə, Şimali Koreyaya rəğbət bəsləməkdə və dövlət əleyhinə fəaliyyətlə hökuməti iflic etməkdə günahlandırıb. Bundan sonra o, fövqəladə hərbi vəziyyət elan edib.
Oxu.Az-ın "Yonhap"a istinadən verdiyi məlumata görə, Yun Sok Yol bu bəyanatı televiziya brifinqi zamanı verib.
O, bu addımı ölkənin konstitusiya quruluşunun qorunması üçün həyati əhəmiyyətli adlandırıb.
Xatırladaq ki, Yun Sok Yol 2022-ci ilin mart ayında ölkə prezidenti vəzifəsinə başlayıb.
Rəylər