Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya Kurskda genişmiqyaslı əks-hücuma başladı
Rusiya Federasiyasının 155-ci motoatıcı alayının hərbçiləri Kursk vilayətində genişmiqyaslı əks-hücuma başlayıblar və artıq ukraynalı döyüşçüləri Qordeyevka kəndindən çəkilməyə məcbur ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdıraraq əks-hücum əməliyyatına başlayıb. Onlar Qordeyevkaya dörd tərəfdən daxil olublar: Ukrayna qoşunları Korenevo, Kulbaki, Martınovka və Neçayevo kəndlərindən sıxışdırılaraq çıxarılıb. Ukrayna Silahlı Qüvvələri ağır itkilər verərək geri çəkilib. Hazırda Rusiya Silahlı Qüvvələri Apanasovka, Snaqosta, Vişnyovka və Martınovkada irəliləyir. Sucanski rayonunun azad edilməsi əməliyyatı davam edir", - məlumatda deyilir.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- Ukrayna ilk dəfə NATO silahı ilə Rusiya ərazisinə hücum etdi: Bundan sonra nə olacaq?
- KİV: "Rusiyanın daxilinə "Storm Shadow" raketləri ilə ilk zərbə endirilib"
- Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
- ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün "Storm Shadow"dan istifadəyə icazə verdi
Rəylər