Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub
Şuşaya növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
"Report" xəbər verir ki, köç karvanında yer alan 164 nəfərdən ibarət 48 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
"Report" xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 48 ailə - 164 nəfər köçürülüb.
Şuşa şəhərinə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola düşdü.
Oxu.Az bildirir ki, bu mərhələdə Şuşa şəhərinə 48 ailə - 164 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Şuşa şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az bildirir ki, bu mərhələdə Şuşa şəhərinə 48 ailə - 164 nəfər köçürülür.
Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Daha çox foto burada: PhotoStock.az
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Keçmiş məcburi köçkün: "Öz yurdunda yaşayıb-yaratmaq hissləri bir başqadır"
- Şuşa sakini: "Minlərlə insan doğma şəhərini görmək arzusu ilə həyatdan köçdü"
- Azər Əmiraslanov: "Büdcə zərfi dövlət müstəqilliyini qoruyan maliyyə sənədidir"
- Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu
- Fuad Hüseynov: "Qərbi azərbaycanlılarla bağlı məlumatlar elektronlaşdırılır"