Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
DSX "Vətəndaş A"nın dronunu vurub?
"Vətəndaş A" serialının prodüseri Sevinc Əliyeva Dövlət Sərhəd Xidmətinin serialın çəkiliş heyətinin dronunu vurması haqda xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Oxu.Az "OLAY"a istinadən xəbər verir ki, bu barədə o, serialın rəsmi səhifəsi ilə birgə açıqlama yayıb. Sevinc "DSX dronumuzu vurdu" iddiasının həqiqəti əks etdirmədiyini bildirib:
"İctimai Televiziya və mən "SFN Prodakşn"ın rəhbəri ("Vətəndaş A" serialının baş prodüseri - red.) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulmayıb, dron radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir".
Bundan əlavə, Sevinc Əliyeva dron operatorunun "WhatsApp" mesajını da sosial media hesabında paylaşıb:
"Bu TikTok-da olan danışıq çox məntiqsizdir. Orada dronu kimsə vumayıb, mənim səhvimə görə qayaya dəyib. Dronun 3 linzası var: normal, orta, "zoom". Orada linza çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur. Ona görə də məsafə hesabını götürmək çətin olur. Həmin o avtobus səhnəsini çəkəndə "zoom" linza ilə çəkirdim. Həmişə dronun radarları sönülü olur. Yaddan çıxıb riskli yerlərdə yandırım.. Sürəti 72 km/saatla getdim, çırpıldım qayaya. Məsələ budur".
Qeyd edək ki, bu barədə açıqlamanı serialın rejissoru Elvin Rüstəmzadə kulis.az-a müsahibəsi zamanı söyləmişdi.
"Dron - Pilotsuz uçuş aparatı (PUA)" teqi üzrə xəbərlər
- ABŞ sakinləri qorxu içində: Səmada peyda olan sirli dronlar günü-gündən çoxalır
- Mahaçqala hava limanı PUA hücumuna görə fəaliyyətini dayandırdı
- İlon Maskın proqnozu: "Pilotlu qırıcılar dövrünün sonudur"
- Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: "Bayraktar TB2" PUA alacaq
- Britaniyada ilk dəfə PUA-dan qan nümunələrinin daşınması üçün istifadə edildi
Rəylər