Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ
Xalq artisti Ağadadaş Ağayev xəstəxana əməkdaşları ilə arasındakı insidentlə bağlı Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən sonra Baku TV-yə müsahibə verib.
Ağadadaş Ağayev bir sıra suallara aydınlıq gətirərək, qarşı tərəflə barışıq məsələsinə də toxunub:
"Mən onu deyə bilərəm ki, Nəzakət xanımın ayağına balta dəyməyib. O, yara almayıb. Nəzakət xanım qadındır, ona çox böyük hörmətim var. Yəqin ki o, sonda mənimlə razılaşacaq. Nurəddinlə düşmən deyiləm, elə bir fikrim də yoxdur. İstəyərdim ki, özləri hər şeyi etiraf etsinlər".
Ağadadaş Ağayev insident zamanı atdığı balta zərbəsindən xəsarət alan və hospitalda xadimə işləyən Nəzakət Paşayevaya istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. Ağadadaş Ağayev deyib ki, o, hətta Nəzakət Paşayevanı işlə də təmin edə bilər: "Nəzakət xanım gəlsin, onu işə götürməsəm, kişi deyiləm".
Ətraflı süjetdə:
"Ağadadaş Ağayev" teqi üzrə xəbərlər
- Qarşı tərəfin vəkili Ağadadaş Ağayevi əsəbiləşdirdi: Xalq artistinə yekun ittiham elan olundu
- Ağadadaş Ağayevin balta atdığı mühafizəçi hakim qarşısına çıxarılır
- Xalq artisti Ağadadaş Ağayevə ittiham elan edildi
- Əməkdaşı Ağadadaş Ağayevlə məhkəmə çəkişməsində olan mühafizə xidməti cərimələndi
- Ağadadaş Ağayevlə bağlı QƏRAR VERİLDİ
Rəylər