Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ukrayna 35 milyard avro məbləğində kreditə imza atdı
Ukrayna Avropa İttifaqı (Aİ) ilə Kiyevə 35 milyard avro məbləğində yardımın cəlb edilməsi barədə kredit sazişi imzalayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
"Ukrayna maliyyə naziri Sergey Marçenko Ukrayna ilə Aİ arasında 35 milyard avroya qədər makromaliyyə yardımının cəlb edilməsi barədə anlaşma memorandumu və kredit sazişini imzalayıb", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, vəsaitlər Yeddilik Qrupunun (G7) Ukraynanın Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təcili kreditləşmə proqramı üzrə təşəbbüsünün bir hissəsidir.
Noyabrın 28-də bu təşəbbüs çərçivəsində Kiyev artıq 18.1 milyard avro alıb. Ukrayna Maliyyə Nazirliyi əlavə edib ki, makromaliyyə yardımının yekun məbləği təşəbbüsün bütün tərəflərinin kredit məbləğləri təsdiqləndikdən sonra müəyyən ediləcək.
"Ukrayna" teqi üzrə xəbərlər
- Vaşinqtonda yeni planın konturları cızılır: Tramp böyük güzəşt barədə düşünür
- Medvedev eyni vaxtda bir neçə ölkə liderini istefaya çağırdı
- Almaniya Ukraynaya qoşun göndərir?
- NATO baş katibi Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı: "Bütün müttəfiqlər həmfikirdirlər"
- Baydenin dövründə ABŞ Kiyevə milyardlarla dollar yardım köçürməyi öhdəsinə götürüb