Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…" Video
16 noy, 2024 / 16:00 669

Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"

Cəmiyyət
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub Yenilənib    
07 noy, 2024 / 14:45 3735

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub

Siyasət
Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"
07 noy, 2024 / 07:12 444

Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"

Siyasət
Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
07 noy, 2024 / 06:57 759

Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"

Siyasət
Səhiyyə Nazirliyi Qarabağ Universitetində maarifləndirmə aksiyası təşkil edib Foto
05 noy, 2024 / 17:32 513

Səhiyyə Nazirliyi Qarabağ Universitetində maarifləndirmə aksiyası təşkil edib

Cəmiyyət
Mübariz Tağıyev: "Bundan da gözəl xoşbəxtlik ola bilər?" Video
11 okt, 2024 / 12:32 1376

Mübariz Tağıyev: "Bundan da gözəl xoşbəxtlik ola bilər?"

Cəmiyyət
Bu xəbərləri qaçırmayın: 08.10.2024-ün ən mühüm hadisələri Foto   Video
08 okt, 2024 / 19:30 247

Bu xəbərləri qaçırmayın: 08.10.2024-ün ən mühüm hadisələri

Cəmiyyət
Köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub Yenilənib   Video
08 okt, 2024 / 14:24 3895

Köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub

Siyasət
Şuşaya qayıdan sakin: "Cıdır düzünü, İsa bulağını taqətdən düşənə qədər gəzəcəyəm"
08 okt, 2024 / 07:13 678

Şuşaya qayıdan sakin: "Cıdır düzünü, İsa bulağını taqətdən düşənə qədər gəzəcəyəm"

Siyasət
Keçmiş məcburi köçkün: "İllər sonra gözümüzü öz doğma Şuşamızda açacağıq" Video
08 okt, 2024 / 06:49 618

Keçmiş məcburi köçkün: "İllər sonra gözümüzü öz doğma Şuşamızda açacağıq"

Siyasət
Bu xəbərləri qaçırmayın: 30.09.2024-ün ən mühüm hadisələri Foto   Video
30 sen, 2024 / 19:30 338

Bu xəbərləri qaçırmayın: 30.09.2024-ün ən mühüm hadisələri

Cəmiyyət
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola düşdü Yenilənir    
30 sen, 2024 / 07:31 2650

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola düşdü

Siyasət

"Böyük Qayıdış" teqi üzrə xəbərlər

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri zamanı diqqət mərkəzində duran ən önəmli məsələlərdən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması haqqında fikirlər idi.

Prezident Füzuli və Şuşa şəhərlərinə 2021-ci il yanvarın 14-dəki səfəri zamanı demişdir: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki düşməni qısa müddət ər- zində torpaqlarımızdan qovduq - cəmi 44 gün ərzində - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik"

Bunun üçün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması modeli də hazırlanıb. Bu - "ağıllı kənd" və "ağıllı şəhər" modelidir. Bərpa ediləcək birin- ci kənd də Zəngilanın Ağalı kəndi müəyyən edilmişdir.

Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2021-ci il aprelin 26-dakı səfəri zamanı demiş- dir: "Əslində, bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki "Böyük qayıdış" bu gün başlayır".

2022-ci ildən başlayaraq Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı və Tərtərin Talış kəndi, habelə Laçın və Füzuli şəhərlərinə vətəndaşlarımızın qayıdışı təmin edilib. Qeyd etmək yerinə düşər ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşma və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin edilməsi üçün 16 noyabr 2022-ci il tarixdə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub. Proqramın hazırlanmasında qlobal trendlər və beynəlxalq normalar nəzərə alınıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamı və strateji hədəflərə çatmaq üçün mükəmməl yol xəritəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər Dövlət proqramları kimi Böyük Qayıdış Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın iradəsinin ifadəsi, əməli təzahürü və prosesin reallaşdırılmasının praktiki planıdır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

Ən çox axtarılanlar