Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və Oman qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirib
COP29 çərçivəsində İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Oman İnvestisiya Təşkilatı ilə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Nazirlikdən bildirilib ki, COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşüb.
Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətləri arasında davam edən müsbət iqtisadi dinamikaya uyğun olaraq Oman Sultanlığı ilə də iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Tərəflər Oman İnvestisiya Təşkilatının G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə sənaye, yaşıl enerji, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialı nəzərdən keçirilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:
"Görüşümüzdə qurumun hökumətlərarası fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Sənaye, yaşıl enerji, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirdik".
#Oman İnvestisiya Təşkilatının (@Oman_OIA) baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşümüzdə qurumun #G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. #Sənaye, #yaşılenerji,… pic.twitter.com/LS7h2WfDSG
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 19, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- Mikayıl Cabbarov: "BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır"
- Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib
- Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
- Qlobal "Yaşıl artım portalı" istifadəyə verilib