Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mikayıl Cabbarov: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"
"İqtisadiyyat Nazirliyi və ABŞ-nin Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq COP29-da təqdim olunmuş "Yaşıl artım portalı" ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək".
Oxu.Az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, universitetin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir.
"Portal karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək", - deyə nazir qeyd edib.
İqtisadiyyat Nazirliyi (@MinEconomyAZ) və @Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq #COP29-da (@COP29_AZ) təqdim olunan Yaşıl artım portalı (https://t.co/nLr2FSq7ch) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.… pic.twitter.com/3OVCSOuen8
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 27, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- İqtisadiyyat naziri: "Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir"
- Nazir inflyasiya faizini açıqladı
- Mikayıl Cabbarov: "Azərbaycan dünyanın davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib"
- Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb