Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Husilər Avropanı Asiya ilə birləşdirən sualtı internet kabellərini sıradan çıxardılar - FOTO
İrana bağlı olan husilər (Yəmənin “Ənsar Allah” hərəkatı) Qırmızı dənizdə dörd sualtı kabeli zədələyərək Avropa və Asiya arasında internet rabitəsində ciddi fasilələrə səbəb olub.
Bu barədə “Globes” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, söhbət “AAE-1”, “Seacom”, EIG və TGN-dən olan kabellərdən gedir. Körfəz ölkələri və Hindistandakı istifadəçilər xüsusilə zərər çəkiblər. Bununla belə, Asiya, Afrika və Avropanı birləşdirən digər kabellər eyni bölgədən keçdiyi üçün vəziyyət kritik hesab olunmur.
Zədələnmiş kabellərin təmirinin ən azı səkkiz həftə çəkə biləcəyini təxmin edir. Hazırda telekommunikasiya şirkətləri təmirə razılıq verən şirkətləri axtarmağa məcbur qalıb, ehtimal ki, risklərə görə yüksək mükafat ödənəcək.
Qeyd edilir ki, EIG (European India Gateway) kabeli Cənubi Avropanı Misir, Səudiyyə Ərəbistanı, Cibuti, BƏƏ və Hindistanla birləşdirir. EIG səhmləri “AT&T”, “Saudi Telecom”, “Verizon” və Hindistanın “Bharat Sanchar” şirkətlərinin daxil olduğu konsorsiuma məxsusdur.
“TGN Atlantic” 2001-ci ildə “Tyco International” tərəfindən qoyulub və 2005-ci ildə Hindistanın “Tata Communications” şirkətinə 130 milyon dollara satılıb.
“AAE-1” Şərqi Asiyanı Misir vasitəsilə Avropa ilə birləşdirir.
“Seacom” kabeli Avropa, Afrika və Hindistanı, eləcə də Cənubi Afrikanı birləşdirir.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlanmasından sonra husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalırlar.
"Cənubi Afrika" teqi üzrə xəbərlər
- Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı
- Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir?
- Almaniyalı məşqçi bir ay öncə sükanı arxasına keçdiyi komandadan intim qalmaqala görə ayrılıb
- Cənubi Afrikada məktəbli avtobusu aşıb: Ölənlər və yaralananlar var
- BRİKS vahid valyuta və ödəniş sistemi tətbiq edəcək
Rəylər