Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Silent Hill"in monstrları arxasındakı sirr: Məşhur oyuna "Cinayət və Cəza"nın təsiri etiraf edildi
Hazırda ən məşhur oyunlardan sayılan "Silent Hill" seriyasına dünya ədəbiyyatının ən böyük yazıçılarından biri, rus yazıçı Fyodor Dostoyevskinin "Cinayət və Cəza" romanı ilham verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yaponiyalı oyun dizayneri Masahiro İto özünün "X" hesabında etiraf edib.
"Piramidabaşlı" ("Pyramid Head") və "Sakit təpə"dəki ("Silent Hill") tibb bacıları kimi kultlaşmış monstrların yaradıcısı olan İtonun sözlərinə görə, bu səbəbdən o özünün "Acid Bufferzone" layihəsində tez-tez rus dilindən istifadə edib.
"Sci-Fi"da (xüsusilə "Acid Bufferzone"da), "Piramidabaşlı" variasiyalarında rus dilindən tez-tez istifadə etməyimin səbəbi rus avanqardını öyrənməyim və nənəmin rus olmasıdır", - deyə o əlavə edib.
Rəylər