Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
"Politico"nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir" məqaləsi dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.
Onun sözlərinə görə, məqalədə peşəkar fakt yoxlanışı yoxdur və spekulyasiya, şayiələrlə doludur:
"Jurnalistikanın və medianın Avropa standartlarının belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir. Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssasdır və narahatdır. Bu başa düşüləndir! Bəs Avropa mediası başqaları haqqında saxta xəbərlər və yalanlar yaydıqda reaksiya necə olur?
Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.
Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. "Politico"nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkməsini tələb edirik!".
The article entitled “Europe’s Azerbaijan gas gambit is good news for Russia” by @POLITICOEurope is nothing but a vile example of disinformation. It lacks professional fact checking and complete with gossips and rumors. The decline of European journalism and media standards to… pic.twitter.com/C8vibw76LT
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 21, 2024
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb
- Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir