Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı
Cənubi Afrika ilə Lesoto arasındakı sərhədin əhəmiyyətli bir hissəsi son 24 saat ərzində yağan güclü qar səbəbindən insanların və yüklərin hərəkəti üçün bağlanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın Sərhəd Nəzarəti Agentliyinin sözçüsü Meme Moqotsi məlumat verib.
"Cənubi Afrika və Lesotonu birləşdirən Sani keçidi, Busmansnek və Mononça sərhəd keçidləri pis hava şəraiti səbəbindən 21 sentyabrdan sonrakı xəbərdarlığa qədər bağlanıb" , - o bildirib.
Qeyd edək ki, şənbə günü Cənubi Afrikanın cənub-şərqində və şimal-qərbində yağan qar çoxsaylı yollarda nəqliyyatın hərəkətini iflic edib. Sürücülər və sərnişinlər avtomobillərində 12 saata qədər vaxt keçirmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, Cənubi Afrikada bu həftənin əvvəlində 36 dərəcəyə çatan istilərin yerini soyuq hava və qar alıb. Belə əhəmiyyətli temperatur dəyişiklikləri Cənubi Afrikanın yerləşdiyi Cənubi Yarımkürəsində yazın ilk ayı olan sentyabr üçün nadir hadisədir. Sinoptiklər xəbərdarlıq edir ki, Cənubi Afrikadakı qeyri-adi soyuq hava gələn çərşənbə gününə qədər davam edəcək.
"Cənubi Afrika" teqi üzrə xəbərlər
- Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir?
- Almaniyalı məşqçi bir ay öncə sükanı arxasına keçdiyi komandadan intim qalmaqala görə ayrılıb
- Cənubi Afrikada məktəbli avtobusu aşıb: Ölənlər və yaralananlar var
- BRİKS vahid valyuta və ödəniş sistemi tətbiq edəcək
- İranlı admiral: “Rusiya və Çinlə təlimlər yeni dəniz alyansının yaradılacağından xəbər verir”
Rəylər