Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BRİKS vahid valyuta və ödəniş sistemi tətbiq edəcək
BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika qrupu) ölkələri assosiasiya çərçivəsində vahid valyuta və ümumi ödəniş sistemlərinin tətbiqi üzərində işi davam etdirirlər.
Bunu Braziliyanın G20 qrupundakı təmsilçisi Maurisiu Liriu bildirib.
“Bəli, biz bunun üzərində işləyirik. Ölkələr Rusiyanın sədrliyi altında müzakirələr aparırlar və bu, sədrliyin mövzularından biridir”, - Liriu əlavə edib.
Qeyd edək ki, BRİKS erkən dövrlərdə Avropa İttifaqında mövcud olan sistemə bənzər qarşılıqlı hesablaşmalar formasını yaratmağı nəzərdən keçirir.
Mənbə: TASS
"Braziliya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər