Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Almaniyalı məşqçi bir ay öncə sükanı arxasına keçdiyi komandadan intim qalmaqala görə ayrılıb
Cənubi Afrikanın "Sexuxune" klubunun baş məşqçisi Peter Hiballa qadınla cinsi əlaqədə olduğu barədə görüntülər paylaşıldığına görə vəzifəsindən istefa verib.
Oxu.Az Marca.com-a istinadla xəbər verir ki, Hiballanın qadınla yaxın münasibətini göstərən videosu mediaya sızdırılıb. Almaniyadan fərqli olaraq Cənubi Afrikada belə münasibət qadağandır.
Qəzetin xəbərinə görə, klub naməlum şəxslər tərəfindən şantaj edilib, onlar klubu pul ödəməyəcəyi təqdirdə videonu yayımlamaqla hədələyiblər.
Qeyd edək ki, Niderlandın "Breda" klubunun baş məşqçisi kimi tanınan Peter Hiballa bir ay əvvəl Afrika komandasının sükanı arxasına keçmişdi.
"Cənubi Afrika" teqi üzrə xəbərlər
- Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı
- Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir?
- Cənubi Afrikada məktəbli avtobusu aşıb: Ölənlər və yaralananlar var
- BRİKS vahid valyuta və ödəniş sistemi tətbiq edəcək
- İranlı admiral: “Rusiya və Çinlə təlimlər yeni dəniz alyansının yaradılacağından xəbər verir”
Rəylər