Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Husilər Yəməndə BMT-nin İnsan Hüquqları İdarəsinin ofisini ələ keçiriblər
Husi qüvvələri Yəmənin paytaxtı Sənada BMT-nin Ali İnsan Hüquqları Komissarlığının (AİHK) ofisini nəzarətə götürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə AİHK-nın rəhbəri Folker Türkün bəyanatına istinadən "RIA Novosti" xəbər verir.
Hücum zamanı ofisdə olan sənədlər və nəqliyyat vasitələri müsadirə edilib.
Folker Türkün sözlərinə görə, bu hadisə BMT-nin imtiyaz və immunitetlərinə tamamilə ziddir və BMT-nin öz mandatını, o cümlədən insan hüquqlarına nəzarət sahəsində yerinə yetirmək qabiliyyətinə ciddi hücumdur.
Hadisə avqustun 3-də baş versə də, bəyanat yalnız indi verilib. AİHK-nın rəhbəri hücum edənlərdən BMT missiyasının binalarını boşaltmağı və bütün əmlakı qaytarmağı tələb edib.
Xatırladaq ki, Yəmən 2014-cü ildən bəri vətəndaş müharibəsi ilə üzləşir. Ölkənin şimalında Husi qüvvələri hökumətə qarşı mübarizə aparır. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 377 min insan həlak olub, milyonlarla insan humanitar yardıma ehtiyac duyur. Beynəlxalq ictimaiyyət tərəfləri sülh danışıqlarına çağırsa da, vəziyyət gərgin olaraq qalır.
"Yəmən" teqi üzrə xəbərlər
- Husilər Təl-Əvivə hipersəs raketlə zərbə endiriblər
- Türkiyə XİN husilərin yük gəmisinə hücumunu pisləyib
- ABŞ ordusu Yəməndə silah anbarlarına zərbələr endirib
- ABŞ və Böyük Britaniya Səna və Hudeyda şəhərlərinə bir sıra hava zərbələri endiriblər
- Husilər Qırmızı dənizdə neft tankerinə kamikadze katerlə hücum etdilər - ANBAAN GÖRÜNTÜLƏR
Rəylər