Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropa ölkəsində dördgünlük iş həftəsinə keçid eksperimenti başladı
Min britaniyalı işçi eksperiment çərçivəsində dördgünlük iş həftəsinə keçirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Guardian" qəzeti məlumat verib.
Məqalə müəlliflərinin sözlərinə görə, müəssisələr bu yolla ölkənin leyborist hökumətini Birləşmiş Krallığın bütün ərazisində belə bir rejim tətbiq etməyə inandırmaq istəyirlər.
"Böyük Britaniyada min işçi leyborist hökuməti zamanı dördgünlük həftə kampaniyasının ilk rəsmi eksperimenti çərçivəsində maaş itkisi olmadan əlavə istirahət günləri alacaq", - deyə nəşrdə qeyd olunub.
Eksperimentdə hazırda 17 müəssisə iştirak edir. Gələcəkdə onlara daha dörd müəssisə qoşulacaq. Həmçinin qeyd olunur ki, bəzi şirkətlər hər iki həftədən bir əlavə istirahət günü ayırmaqla qrafiki sınaqdan keçirməyi qərara alıblar. Eyni zamanda, məqalə müəllifləri yazırlar ki, hakimiyyəti dördgünlük iş həftəsinin tətbiqinin zəruriliyinə inandırmaq çətin ola bilər, çünki bu, əvvəlcədən leyborist hökumətinin planlarına daxil deyildi.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
- Britaniyada 137 illik ənənəyə səs-küy səbəbindən son qoyulub
- Fransa İranın tezliklə nüvə silahı əldə edəcəyi ilə bağlı xəbərdarlıq edib
- Britaniyalı əsgər İrana casusluqda günahlandırılır
- Heyvan hüquqları müdafiəçisi, yoxsa təhlükəli terrorçu? - FTB 20 illik gizlənpaç oyununa son qoydu
Rəylər