Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI
Xalq artisti Sadıq Zərbəliyevin bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hazırda Xalq artistinin müalicəsi Terapiya şöbəsində davam etdirilir:
"Noyabrın 15-də Xalq artisti Sadıq Zərbəliyev Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsinə qəbul edilib. Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib.
Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır".
Aygün Mirakif
Tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyev xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, o, terapiya şöbəsində müalicə alır. Hazırda musiqiçinin vəziyyətinin yaxşı olduğu qeyd edilib.
Rəylər