Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir
İki yaşlı Çimnaz ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Nazpəri Həsənova məlumat verib.
O bildirib ki, övladı avqustun 3-də üzərinə samovar aşıraraq ağır yanıq xəsarətləri alıb:
"Çimnazın iki yaşı var. Avqustun 3-də o, həyətdə oynayarkən qaynar samovarı üzərinə aşırdı. Onun ayaqları və əli yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət orada müalicə aldıqdan sonra evə çıxdıq".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Həkimin Çimnaz üçün yazdığı mazları və dərmanları almaq üçün hazırda 600 manata ehtiyacımız var. Bu məbləği tapmaq, inanın, bizim üçün çox çətindir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 327-95-93.
Uni Bank: 5243 7544 4091 8124.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Aydının nənəsi: "Qızım qəzada həlak olub, onun qoxusunu nəvəmdən alıram"
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- 19 yaşlı gənc qız atası üçün yardım istəyir: "Onsuz qalmaq istəmirəm"
- Nadir xəstəlikdən əziyyət çəkən 11 aylıq körpə təcili əməliyyat olunmalıdır
- 16 yaşlı yeniyetmə təcili əməliyyat olunmalıdır: Anası yardım diləyir
Rəylər