Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
1500-dən çox məktəb bağlanacaq? - NAZİRDƏN REAKSİYA
"Son günlərdə 1 500 məktəbin bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Oxu.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki rəsmi hesabında məlumat yayıb.
Nazir qeyd edib ki, son günlər bu məsələ ilə bağlı nə nazirlik, nə də aidiyyəti şəxslər tərəfindən hər hansı fikir səsləndirilib. Yayılan xəbərlər isə mövzu ətrafında deyilənlərin yanlış anlaşılmasından qaynaqlanıb.
Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı aşağıdakı faktları açıqlayıb:
Hazırda ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.
Şagird sayı az olan məktəblərdə bir şagirdə düşən illik xərc olduqca yüksəkdir, lakin tədrisin keyfiyyəti aşağı səviyyədə qalır. Məsələn, 5 şagirdi olan bir məktəbdə hər şagird üçün illik xərc 25-27 min manat təşkil edir. Şagird sayı 10-15 nəfər olan məktəblərdə isə bu rəqəm 13-15 min manatdır ki, bu da bəzi özəl məktəblərin təhsil haqqından çoxdur.
Təhsilin keyfiyyətini artırmaq və dayanıqlı təhsil imkanları yaratmaq üçün azkomplektli məktəblərin rasionallaşdırılması mərhələli şəkildə həyata keçirilir.
Nazir əlavə edib ki, bu faktlardan çıxış edərək ölkədə 1 500 məktəbin bağlanacağı iddiasını irəli sürmək düzgün deyil.
"Cari tədris ilində şagird sayı 10-dan az olan 142 məktəbin xərcləri əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin bağlanması deyil, həmçinin məktəblərin tipinin dəyişdirilməsi, birləşdirilməsi və ya peşə təmayüllü siniflərin açılması kimi tədbirlər nəzərdə tutulur. Lakin yaxın gələcəkdə kütləvi şəkildə məktəblərin bağlanması və ya fəaliyyətinin dayandırılması planlaşdırılmır", - deyə nazirlikdən bildirilib.
Nazir məktəb şəbəkəsinin rasionallaşdırılması prosesinin diqqətdə saxlanıldığını və təhsil sisteminin daha səmərəli və keyfiyyətli olmasına yönəldiyini vurğulayıb.
Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı fikirlərə elm və təhsil naziri Emil Əmrullayev aydınlıq gətirib.
O məlumatın doğru olmadığını qeyd edib.
"Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək", - deyə nazir bildirib.
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Nazir: "Elm sahəsində differensial əməkhaqqına gedəcəyik"
- Nazir: "Elmi ad alanlara ömrünün axrına kimi yüksək maaş verməli deyilik"
- Nazir: "Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür"
- İqlim dəyişikliyinin yaratdığı zərurət: Yaşıl bacarıqların inkişafı üçün nə lazımdır?
Rəylər