Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ağadadaş Ağayev məhkəmədə iştirak etmədi, həbsi tələb olundu
Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaradan "Medera Hospital"ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, proses Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilib.
Xalq artisti Ağadadaş Ağayev prosesə gəlməyib. Nurəddin Cəlilovun vəkili Ağadadaş Ağayev barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim edib.
Müşavirədən sonra vəsatət qəbul olunmayıb. Xalq artisti barədə həbs olmayan qətimkan tədbiri qüvvədə saxlanılaraq növbəti proses noyabrın 14-nə təyin olunub.
Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.
Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər. Onu da bildirək ki, iş üzrə zərərçəkən kimi hospitalın əməkdaşı Nəzakət Paşayeva tanınıb.
Elgün Həsənli
Rəylər