Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Damdan yıxılıb evlə hasar arasında qaldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın fərdi yaşayış evinin damından yıxılaraq evlə hasar arasında sıxılıb köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalan 1955-ci təvəllüdlü Zakir Məhərrəm oğlu Əliyev xilas edilib.
Rəylər