Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Yeni öhdəliklər qüvvəyə mindi
2024-cü il yanvarın 7-dən Rusiyada işləmək üçün patent alan əcnəbi vətəndaşlar, onun verildiyi tarixdən iki ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına işə qəbul haqqında bildiriş təqdim etməlidirlər. Bu, şəxsən, poçt vasitəsilə və ya Dövlət Xidmətləri vasitəsilə edilə bilər.
Bu barədə federasiyada bu gündən qüvvəyə minmiş qanunda deyilir.
Bildirilir ki, əcnəbi vətəndaş patent verildiyi gündən iki ay ərzində işə qəbul barədə bildiriş təqdim etməyə borcludur.
Qanun qüvvəyə minməmişdən əvvəl əcnəbilər üçün patent verildiyi andan iş müddəti məhdud deyildi. Onlar bu sənədin pulunu ödəyə və qanuni olaraq Rusiyada qala bilərdilər.
Hazırda isə Daxili İşlər Nazirliyi onlar üçün vahid bildiriş forması tətbiq edib. Şöbə üçün sənədlər paketinə əmək müqaviləsinin surəti də daxil edilməlidir. Əgər əcnəbi işəgötürənlə şifahi müqavilə bağlayıbsa, o zaman bu da göstərilməli, tam olaraq hansı xidmətlərin göstərildiyini təsvir etməlidir. Bu qaydalara əməl edilməməsi patentin ləğvi ilə nəticələnəcək.
Yeri gəlmişkən, yanvarın əvvəlində məlum olub ki, Rusiyada miqrantlarla bağlı vəziyyəti tənzimləmək üçün yeni agentlik yaradıla bilər.
Mənbə: News.ru
Mövzuya aid xəbərlər
- Rusiyada yaşayan miqrantların nəzərinə: Vətəndaşlıqdan çıxarılma prosesinə start verilib - VİDEO
- Rusiyaya gedən azərbaycanlıların nəzərinə: Sənəd imzalayaraq öhdəlik götürəcəklər
- Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir: Sürücülük etməyə, pul köçürməyə qadağalar gəlir
- Rusiyaya getmək istəyənlər üçün aeroportlarda yeni TƏLƏBLƏR
- Rusiyada miqrantlar üçün qanunlar sərtləşdirilir: Vətəndaşlıq üçün nikah məsələsi dəyişdirildi
Rəylər