Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kənan Qasımov: "Azərbaycanda turizmlə bağlı mövsümilik problemi var"
"Azərbaycanda turizmlə bağlı mövsümilik problemi var. Alternativ turizm üsullarının inkişafı bizə imkan verir ki, mövsümilik problemini həll edək. Sağlamlıq turizminin imkanlarının öyrədilməsi ilə bağlı hesabat işləri aparılır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Şuşada keçirilən "Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları" mövzusunda konfransda Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
O qeyd edib ki, sağlamlıq turizmi ilə bağlı işçi qrup formalaşdırılır:
"Əsas məqsədimiz ondan ibarətdir ki, qurumların ortaq mövqeyini əks etdirən sənədi ortaya çıxaraq və koordinasiyalı fəaliyyət göstərək. Sağlamlıq turizmi ilə bağlı potensialımız yüksəkdir, amma keyfiyyət məsələsində qüsurlarımız var. Bu qüsurların aradan qaldırılması üçün addımlar atacağıq. 2025-ci il sağlamlıq turizmi ilə bağlı həlledici il olacaq".
Qeyd edək ki, oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları" mövzusunda beynəlxalq konfrans keçirilib.
Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdikləri tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.
Məhərrəm Əliyev
"Dövlət Turizm Agentliyi (DTA)" teqi üzrə xəbərlər
- Kənan Qasımov: "Biz iqlim məsələlərinin turizm sektoruna cəlb olunmasına çalışırıq"
- Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi elan olunub
- Fuad Nağıyev: "İlk dəfədir ki, turizm COP gündəliyinə inteqrasiya olunur"
- Azərbaycan və Türkiyə turizm sahəsində əməkdaşlığa dair saziş imzalayıb
- COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb
Rəylər