Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UEFA Millətlər Liqası: Türkiyənin pley-off mərhələsindəki rəqibi bəlli oldu
Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Türkiyə millisinin rəqibi bəlli olub.
B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə seçməsinin pley-offdakı rəqibi Macarıstan millisi olub.
Ermənistan millisi isə pley-off mərhələsində Gürcüstanla üz-üzə gələcək.
Qeyd edək ki, püşkatma mərasimi bu gün keçirilsə də, ilk görüşlər mart ayında baş tutacaq.
1/4 final
1. Niderland - İspaniya
2. Xorvatiya - Fransa
3. Danimarka - Portuqaliya
4. İtaliya - Almaniya
Yarımfinal
4-cü cütün qalibi - 1-ci cütün qalibi
3-cü cütün qalibi - 2-ci cütün qalibi
A/B pley-offu
Türkiyə - Macarıstan
Ukrayna - Belçika
Avstriya - Serbiya
Yunanıstan - Şotlandiya
B/C pley-offu
Kosovo - İslandiya
Bolqarıstan - İrlandiya
Ermənistan - Gürcüstan
Slovakiya - Sloveniya
C/D pley-offu
Cəbəllütariq - Latviya
Malta - Lüksemburq
Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim saat 15:00-da start götürəcək.
Püşkdə A Liqasında 1/4 finalın və A, B, C və D Liqalarının pley-off cütləri məlum olacaq.
B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə yığmasının da pley-offdakı rəqibi bilinəcək. "Ay-ulduzlular" Belçika, Macarıstan və ya Serbiyaya rəqib olacaqlar.
Qeyd edək ki, püşkatma mərasimi bu gün keçirilsə də, ilk görüşlər mart ayında baş tutacaq.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Azərbaycan millisi 54 komanda arasında 47-ci olub
- Azərbaycan millisinə dörd qol vuran Viktor Qyökereş Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Rəylər