Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İpək Yolu üzərində gizli qalan Orta əsr şəhərləri kəşf edildi
Özbəkistan dağlarında gizli qalan Orta əsr şəhərləri kəşf edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sputnik" (Türkiyə) xəbər yayıb.
Bildirilir ki, tədqiqatçılar pilotsuz uçan aparat (PUA) əsaslı lidar skanları ilə Taşbulak və Tugunbulak adlı şəhərlərin ətraflı xəritələrini çəkiblər, şəhərlərin meydanlarını, qala divarlarını, yollarını və yaşayış məntəqələrini araşdırıblar.
Qeyd edək ki, 2000 metr yüksəklikdə yerləşən bu Orta əsr şəhərləri dövrün dağlarda inkişaf edən ticarət mərkəzlərindən biri kimi diqqət çəkir. Tugunbulakın 120 hektarlıq ərazisi ilə o dövrün ən böyük şəhərlərindən biri olduğu düşünülür.
"Bu mərkəzlər İpək Yolu üzərində böyük qarşılıqlı əlaqə nöqtələri idi. Burada heyvanlar, qiymətli metallar və digər resurslar ticarətin can damarı idi", - deyə alimlər vurğulayıblar.
"Bu tapıntı Orta Asiyanın İpək Yolundakı rolu haqqında vacib məlumatlar verir, gələcək tədqiqatlarda bölgənin tarixinə dair yeni kəşflərin edilə biləcəyinə işarə vurur", - deyə tədqiqatçılar vurğulayıblar.
Rəylər