Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Özbəkistanın ekologiya naziri: "COP29 ən yüksək səviyyədə təşkil olunub"
"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) dünya ictimaiyyətinə qlobal ekoloji gündəmi müzakirə etmək üçün böyük imkanlar yaratdı".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Özbəkistanın ekologiya naziri Aziz Abduhakimov COP29 kuluarlarında News.ru-ya bildirib.
Onun sözlərinə görə, tədbir ən yüksək səviyyədə təşkil olunub.
"İlk olaraq azərbaycanlı həmkarlarımızı və dostlarımızı tədbirin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək səviyyədə təşkil olunub. İştirakçılar üçün bu, aktual gündəmi, məsələn, yaşıl enerjinin yaşıl təhsillə əlaqəsini müzakirə etmək üçün böyük fürsətdir. Məhz buna görə nümayəndə heyətimizə təhsil və elm naziri də daxildir. Ümumilikdə çox təmsilçi nümayəndə heyətimiz var. Energetika, su təsərrüfatı, kənd təsərrüfatı nazirləri də iştirak edirlər", - deyə Abduhakimov bildirib.
O, tərəfdaşlar və həmkarlarla görüşmək, qlobal ekoloji gündəmin bütün məsələlərini "tet-a-tet" müzakirə etmək imkanına görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib. Abduhakimovun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti üçün Bakıda COP29 çox uğurla keçir.
"COP29" teqi üzrə xəbərlər
- SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası "Yaşıl ətraf mühit günləri" keçirib
- COP16-da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi
- Azərbaycan Prezidentinin siyasi addımı amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının SİYAHISI AÇIQLANDI