Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Serdar Ortaç lüks villasını satışa çıxardı: Evin qiyməti heyrət doğurdu
Məşhur türkiyəli müğənni Serdar Ortaç son zamanlar yaşadığı maddi sıxıntıları ilə gündəm olub. İddialara görə, müğənni İstanbulun məşhur Sarıyer rayonunda yerləşən son evini də satışa çıxarıb.
Bu barədə Oxu.Az Türkiyegazetesi-nə istinadən xəbər verir.
Ortaçın ev üçün istədiyi qiymət isə heyrət doğurub.
Məlumata görə, sənətçi illərdir yaşadığı evini 10 milyon dollara (340 milyon lirə) satışa çıxarıb. Həmçinin onun Caddebostan rayonuna köçmək qərarına gəldiyi də bildirilir.
Xatırladaq ki, keçmiş həyatına görə peşman olduğunu tez-tez dilə gətirən Serdar Ortaç son zamanlar "TikTok"da canlı yayımları ilə diqqət mərkəzində qalmağa davam edir.
Uzun illərdir MS xəstəliyi ilə mübarizə aparan müğənninin ötən aylarda yeriməkdə də çətinlik çəkdiyi müşahidə edilib.
"Serdar Ortaç" teqi üzrə xəbərlər
- Ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbil və Serdar Ortaç ilə bağlı növbəti məhkəmə qərarı
- Məşhur müğənni barəsində ev dustaqlığı qərarı ləğv edilib
- Serdar Ortaç və Mehmet Ali Erbil üçün tələb olunan cəza bəlli oldu
- Serdar Ortaç və Mehmet Ali Erbildən sonra Acun Ilıcalı da istintaqa cəlb olundu
- Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı
Rəylər