Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib
Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib.
Bu barədə "Qaynarinfo"ya sənətkarın vəkili Elcan Həsənli məlumat verib.
Vəkil bildirib ki, məhkəməyə müraciət etməkdə məqsəd Səhiyyə Nazirliyi tərəfindən Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi tələbidir:
"2021-ci ildə Sevinc Heydərova plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçirilib və praktik fəaliyyətlə məşğul olmasına icazə verilib. Biz də həmin sənədin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişik".
Elcan Həsənli bildirib ki, həmin sənədi Sevinc Heydərovaya Səhiyyə Nazirliyi verib:
"Bizim bu məsələ ilə bağlı iki məhkəmə prosesimiz var. Onlardan biri hazırda davam edir. Həmin prosesdə tələbimiz vurulmuş ziyanla bağlıdır. İndiki iddia isə sırf Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi ilə bağlıdır. Bu sənədi ona nazirlik verib və bu səbəbdən də nazirliyi məhkəməyə vermişik".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Sevinc Heydərova aparıb. Müğənni bildirib ki, əməliyyatdan sonra fəsadlarla qarşılaşıb, eyni zamanda, görmə qabiliyyəti tamamilə zəifləyib.
Rəylər