Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Yerli şirkətlərin tanıtım sərgisi" baş tutacaq
24-26 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə beşinci "Yerli şirkətlərin tanıtım sərgisi" baş tutacaq.
"Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Sərginin ziyarətçiləri sırasına qatılaraq yerli şirkətlərin təqdim etdiyi yeni məhsul və xidmətlərlə yaxından tanış ola bilərsiniz.
Nəzərinizə çatdıraq ki, sərgidə ziyarətçi iştirakı tamamilə ödənişsizdir.
Sponsor: "Gültekin Logistics"
Tərəfdaşlar: İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası
Təşkilati dəstək: "ArchiCO Engineering Company", "Regional Construction Group", "Construction Business Group"
Promo tərəfdaş: "Moon Group Poliqrafiya & Promo"
Media tərəfdaş: "BHB Strategic & Creative Co."
Tarix: 24-26 iyun
Ünvan: Bakı Ekspo Mərkəzi
Qeydiyyat üçün: https://bit.ly/3wCsw3B
Ətraflı məlumat üçün:
*0555
+99450 254 33 49
www.marsolexpo.az