Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ-də prezidenti seçkisi fonunda "Bitcoin" tarixi maksimumunu yenilədi
"Bitcoin"in qiyməti 10%-dən çox artaraq 75 000 dollara çatıb.
Oxu.Az bu barədə "Binance" platformasının məlumatlarına istinadən xəbər verir.
ABŞ-də prezident seçkisi fonunda "Bitcoin"in dəyəri tarixi maksimumunu yeniləyib.
Oxu.Az bu barədə "Binance" platformasının məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, "Bitcoin"in qiyməti 9.45% artaraq 74.393 dollara çatıb.
"Bitcoin"in dəyəri ticarət zamanı son 24 saatda sürətlə artaraq 74 min dolları keçib.
Oxu.Az bu barədə "Binance" platformasının məlumatlarına istinadən xəbər verir.
Bazar iştirakçılarının gözləntilərinə görə, "bitcoin"in qiymətinə təsir edə biləcək ən vacib amillərdən biri ABŞ-də prezident seçkisinin nəticəsidir. Bütün səslərin 100%-nin hesablanması bir neçə həftə tələb etsə də, seçkinin qalibi, adətən, daha tez məlum olur.
Qeyd edək ki, noyabrın əvvəlindən ilk kriptovalyutanın qiyməti 68-70 min dollar aralığında dəyişir. Noyabrın 1-də aktiv bir ara 71 min dollara qədər bahalaşmışdı, amma sonra yenə 68 min dollara qayıtmışdı..