Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kobaxidze: "Aİ səfiri ritorikasını dəyişməzsə, Gürcüstan tədbirlər görəcək"
"Gürcüstan hakimiyyəti, Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Qerçinski ölkənin daxili işlərinə müdaxiləni dayandırmasa və ritorikasını dəyişməzsə, diplomatik tədbirlər görəcək".
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu respublikanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
Onun sözlərinə görə, Aİ səfiri uzun müddətdir müxalifətin xeyrinə və Gürcüstan hakimiyyətinə qarşı bəyanatlar verir, bu isə Vyana Konvensiyasının pozulmasıdır.
"Müəyyən müddət biz bütün bunlara reaksiya vermədik, lakin hər şeyin bir həddi var. Əgər gələcəkdə davranış dəyişikliyini görməsək, həm Aİ səfiri, həm də digər səfirlərə münasibətdə belə faktlara mütləq reaksiyamız olacaq. Söhbət diplomatik reaksiyadan gedir", - deyə Kobaxidze bildirib.
Gürcüstan hökumətinin başçısı xatırladıb ki, Qerçinski seçkiqabağı dövrdə Gürcüstan hakimiyyətini şantaj edib, kurslarını dəyişməsələr, Aİ-nin onlara pul ayırmayacağını deyib, həmçinin gürcüləri 26 oktyabr parlament seçkisində müxalifətə səs verməyə çağırıb.
"İrakli Kobaxidze" teqi üzrə xəbərlər
- Əli Əsədov İrakli Kobaxidzeni təbrik edib
- Kobaxidze: "2028-ci ilin sonunadək Aİ ilə danışıqları dondurur, qrantlardan imtina edirik"
- İrakli Kobaxidze baş nazir postuna namizəd olacaq
- Gürcüstan parlamentinin ilk iclasının vaxtı açıqlandı
- Gürcüstan baş naziri: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi əladır"
Rəylər