Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qreta Tunberq Tbilisidə keçirilən mitinqdə görüntülənib
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında müxalifət partiyalarının liderləri, onların tərəfdarları, oktyabrın 26-da baş tutmuş parlament seçkisinin nəticələrinə etiraz olaraq mitinq keçirirlər. Hökumət əleyhdarları seçkinin saxtalaşdırıldığını iddia edir və təkrar səsvermənin keçirilməsini tələb edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İsveçli ekoloji fəal Qreta Tunberq də Tbilisidə parlament binası qarşısında müxalifətin mitinqində iştirak edir.
Bazar ertəsi səhər sosial şəbəkələrdə Tunberqin şəhərdəki kafelərin birində çəkilmiş fotoları yayılıb. İlkin məlumata görə, o, Gürcüstan paytaxtına qeyri-hökumət təşkilatlarından birinin dəvəti ilə gəlib.
Mitinqdən əvvəl müxalifət nümayəndələri Tbilisidə dəmiryol vağzalının binasından parlamentə doğru yürüş təşkil ediblər.
"Gürcüstanda parlament seçkisi" teqi üzrə xəbərlər
- Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi
- Gürcüstan: "İkinci cəbhə" əvəzinə sabitlik
- İşə düşən ənənəvi ssenari: Gürcüstanda Qərbin növbəti "rəngli inqilab" hədəfi
- Tbilisidə seçkinin nəticələrinə qarşı mitinq keçirilir
- Gürcüstandakı azərbaycanlıların seçimi: Qərbin planları alt-üst olur
Rəylər