Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Valideynlərin NƏZƏRİNƏ: Yeni elektron sistem istifadəyə veriləcək
"Məktəbdənkənar təhsil müəssisələrinə şagirdlərin qəbulu elektronlaşdırılır".
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Agentliyin 1 illik fəaliyyətinə dair "Hesabat Brifinqi"ndə qeyd edib.
O bildirib ki, 20 pilot müəssisənin iştirak planlaşdırılır:
"Mk.edu.az elektron sistemi istifadəyə veriləcək. Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə qəbulu elektronlaşdırılır. Prosesin çevik, daha əlçatan və şəffaf olması məqsədi ilə həyata keçiriləcək elektron qəbul prosesində 20 pilot müəssisənin iştirakı planlaşdırılır. Qeydiyyat Portal.edu.az veb-səhifəsi vasitəsilə həyata keçiriləcək. Valideynlər təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu məqsədlə təkmilləşdirilmiş mk.edu.az bazası 145 müəssisənin istifadəsinə verilir. Qəbul üçün müraciət edən uşaqların məlumatları mk.edu.az sistemi ilə inteqrasiya olunaraq avtomatik daxil ediləcək".
Aygün Mirakif
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLADI
- Məktəblərlə bağlı İDDİA: Dərnəkləri sertifikasiyadan kəsilən müəllimlərə tapşırırlar?
- Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
- Məktəblərin jurnallarla təmin olunması işləri yekunlaşacaq - RƏSMİ
- Eşqi Bağırov: "Təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır"
Rəylər