Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məktəblərin jurnallarla təmin olunması işləri yekunlaşacaq - RƏSMİ
"Təxminən bir həftə ərzində jurnallarla təmin olunmayan məktəblərdə bu işlər yekunlaşacaq".
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov qurumun birillik fəaliyyətinə dair "Hesabat Brifinqi"ndə Oxu.Az-ın sualına cavab olaraq qeyd edib.
O bildirib ki, regionlarda yerləşən məktəblərdə jurnal təchizatının yubanması barədə məlumatlıdırlar:
"Bu gün jurnallarla bağlı problem var. Təchizat məsələsində bir neçə istiqamətdə yubanmalar qeydə alınır. Lakin buna baxmayaraq, təminat və təchizat işlərinin aparılması davam etdirilir. Bu gün səhər bir neçə min jurnal Bakı məktəblərinə çatdırılıb. Jurnallarla təmin olunmayan məktəblər də təxminən bir həftə ərzində təchiz olunacaq və bu işlər yekunlaşacaq".
Aygün Mirakif
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLADI
- Məktəblərlə bağlı İDDİA: Dərnəkləri sertifikasiyadan kəsilən müəllimlərə tapşırırlar?
- Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
- Eşqi Bağırov: "Təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır"
- Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin SAYI AÇIQLANIB
Rəylər