Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Beş yaşlı Nuray təcili əməliyyat olunmalıdır: Məbləğləri çatmır
Beş yaşlı Nurayın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Afət Əliyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə fəqərə çatışmazlığından əziyyət çəkir:
"Nurayın hazırda beş yaşı var. O bir yaş altı aylıq olarkən yeriməsində problemlər olduğunu hiss etdik. Buna görə də həkimə yollandıq. Müayinələr zamanı həkim onun yalnız S1 fəqərəsinin mövcud olduğunu dedi. Buna görə də yerişində problemlər var, dizləri önə doğru əyilir. Hazırda o yeriməkdə əziyyət çəkir. Yeriməsini tamamilə itirməsin deyə o, təcili əməliyyat olunmalıdır".
Afət Əliyeva övladının Türkiyədə əməliyyat olacağını deyib:
"Nurayın əməliyyatı Türkiyədə yerləşən özəl xəstəxanalardan birində keçiriləcək. Bunun üçün bizdən 12 000 dollar (20 400 manat) tələb olunur. Bu pulun 17 000 manatını toplaya bilsək də, 3 400 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 403-43-09.
Leo Bank: 5411 2498 1286 2717.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Körpə Səlimin dəstəyə ehtiyacı var: Anası yardımsevər şəxslərə səslənir
- Altı yaşlı Mahirin yaşaması üçün sizin köməyinizə ehtiyacı var
- Əlləri yanan 10 aylıq körpənin dəstəyə ehtiyacı var
- Dörd yaşlı Şəfanın anası: "Hər dəfə qıc olanda elə bilirəm ki, onu itirirəm"
Rəylər