Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
"Noyabrın 24-də bütün müəssisələr ilkin müddət üçün zəruri odun və istilik təchizatı ilə təmin olunacaq".
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov qurumun birillik fəaliyyətinə dair "Hesabat Brifinqi"ndə Oxu.Az-ın sualına cavab olaraq qeyd edib.
O, həmçinin bildirib ki, ümumilikdə əvvəlki illərdə odunla qızdırılan 180-ə yaxın müəssisə tam qazlaşdırılıb və qazla təmin olunması istiqamətində işlər davam etdirilir:
"Ölkə ərazisində qış rejiminə keçid noyabrın 15-dən etibarən başlayır. Bəzi rayonlarda noyabrın 1-dən başlayır. Biz bu istiqamətdə hazırlıq prosesinə davam edirik. Hazırda gündəlik əsasda təchizatın çatdırılmasını həyata keçiririk. Tam arzuolunan səviyyədə olmasa da, bu günə olan təchizatı qənaətbəxş hesab etmək olar. Qeyd edim ki, noyabrın 15-i tətil dönəminə düşdüyü üçün 15-dən sonra noyabrın 24-də bütün müəssisələr ilkin müddət üçün zəruri odun və istilik təchizatı ilə təmin olunacaq".
Aygün Mirakif
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLADI
- Məktəblərlə bağlı İDDİA: Dərnəkləri sertifikasiyadan kəsilən müəllimlərə tapşırırlar?
- Məktəblərin jurnallarla təmin olunması işləri yekunlaşacaq - RƏSMİ
- Eşqi Bağırov: "Təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır"
- Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin SAYI AÇIQLANIB
Rəylər