Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İşğaldan azad olunmuş ərazilərə getməyə dekabr ayı üçün biletlər satışa çıxarılacaq
İşğaldan azad olunmuş ərazilərə təşkil olunan müntəzəm avtobus reyslərinə dekabr ayı üçün biletlər 25 noyabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb.
Qeyd olunub ki, Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1207 reys həyata keçirilib, 36208 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Rəylər