Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qarabağ Universitetində neçə tələbənin təhsil alacağına aydınlıq gətirildi - VİDEO
“2024-cü ildən Xankəndidəki Qarabağ Universitetində 800-1000 tələbənin təhsil alması planlaşdırılır”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Xankəndidəki infrastruktur 3000 tələbənin orada təhsil almasına imkan verir.
Nazir əlavə edib ki, əsas tədris və idarəetmə heyətində 30-40 daimi akademik çalışacaq:
“İlkin olaraq müəllimlərin bir qismi Şuşa, Xankəndi və digər yaxın ərazilərdə kampuslarda yaşayacaq”.
E.Əmrullayev vurğulayıb ki, növbəti ildən Dövlət İmtahan Mərkəzi tərəfindən tələbələrin qəbulu planlaşdırılır:
“SABAH qruplarının Qarabağ Universitetində təhsili planlaşdırılır. Eyni zamanda, ali təhsil müəssisələri ilə ikili proqramları da planlaşdırırıq. Ola bilər ki, tələbə iki il Bakıda, iki il Xankəndidə təhsil almaq istəsin”.
İlhamə Əbülfət
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazir: "Elm sahəsində differensial əməkhaqqına gedəcəyik"
- Nazir: "Elmi ad alanlara ömrünün axrına kimi yüksək maaş verməli deyilik"
- Nazir: "Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür"
- İqlim dəyişikliyinin yaratdığı zərurət: Yaşıl bacarıqların inkişafı üçün nə lazımdır?
- Yusuf Tekin: "COP29-un qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq"
Rəylər