Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İqlim dəyişikliyinin yaratdığı zərurət: Yaşıl bacarıqların inkişafı üçün nə lazımdır?
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un səkkizinci günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, 18 noyabr tarixində insan kapitalının inkişafı, iqlimin qorunmasında təhsil və səhiyyənin rolu, yeni yaşıl peşələr kimi məsələlər müzakirə edilib.
"İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü" adlı müzakirələrdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası"na əsasən, dayanıqlı təhsil sisteminin qurulmasına diqqət yetirildiyini vurğulayıb:
"Biz bilirik ki, Azərbaycanda təhsil və elm iqlim dayanıqlığı missiyasının qəlbində yerləşir. Bakının başlatdığı və iqlim dayanıqlığı üçün insan inkişafına yön verdiyi prinsipləri xatırladaraq bildirirəm ki, dəyişiklik təhsildən başlayır. 3-cü prinsip iqlim dayanıqlığı keyfiyyətində təhsilin uşaqların erkən yaşdan universitetəqədərki bütün mərhələlərində önəmli rolunu vurğulayır. Biz milli təhsil kurikulumunda bununla bağlı konkret addımlar atmışıq".
Müzakirələrdə iştirak edən nigeriyalı qonaq Effiom Edu insan kapitalı ilə bağlı fikir mübadiləsinin səmərəli keçdiyini düşünür:
"Əsasən bu müzakirə insan inkişafı, gənclər və səhiyyə ilə bağlı idi. Düşünürəm ki, COP29-da ilk dəfə ortaya qoyulan bu məsələ kifayət qədər önəmli bir mövzudur. Çünki siz insan inkişafını nəzərə almadan ətraf mühit haqqında danışmağı təsəvvür edə bilməzsiniz. Buna görə də bu məsələ iqlim dəyişikliyi ilə mübarizənin inkişafı üçün önəmlidir. Müzakirələr çox məhsuldar keçdi. Çünki bəşəriyyətə, o cümlədən gənclərin, qadınların və uşaqların fəaliyyətinə investisiya qoyulması müzakirə edildi".
Maraqlı müzakirələrdən biri isə Pakistan əhalisinin yarıdan çoxunun yaşadığı Pəncab ərazisində havanın keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı idi. Pakistanlı iştirakçı İmran Amin bildirib ki, Cənub-Şərqi Asiya, xüsusilə Pakistanın Pəncab bölgəsi son bir neçə ildir ki, ciddi iqlim fəlakətləri ilə üzləşib:
"Orada daşqınlar baş verir, havanın çirkləndirilməsi davam edir. Pəncabda demək olar ki, Pakistan əhalisinin 60 faizi yaşayır. Bir neçə ildir ki, dövlət burada baş verənlərə çox ciddi yanaşır və həmin ərazidə yaşıl iqlim proqramını həyata keçiririk. Bunu pavilyonumuzda da təqdim etdik. Proqram ərazini yaşıllaşdırır və vətəndaşlarımıza daha təmiz, yaşıl bir məkan təqdim edəcək".
Ətraflı süjetdə:
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazir: "Elm sahəsində differensial əməkhaqqına gedəcəyik"
- Nazir: "Elmi ad alanlara ömrünün axrına kimi yüksək maaş verməli deyilik"
- Nazir: "Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür"
- Yusuf Tekin: "COP29-un qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq"
- Emin Əmrullayev: "Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək"