Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yusuf Tekin: "COP29-un qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq"
"COP29 kimi böyük və dünya əhəmiyyətli bir tədbirin qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin deyib.
"Azərbaycanlı həmkarım Emin Əmrullayevin dəvəti ilə gəlmişəm.
COP29 kimi böyük və dünya əhəmiyyətli bir tədbirin qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq. Azərbaycanın bu uğurunu görmək bizi sevindirir.
Bu dünya hamımızındır. Onu gələcək nəsillərə ötürmək hamımızın borcudur. Bizim bu gün istifadə etdiyimiz çevrə övladlarımızın, nəvələrimizin də haqqıdır. Onlara bu çevrəni sağlam şəkildə ötürmək üçün biz onunla ehtiyatlı davranmalıyıq. Ümid edirəm ki, diqqət çəkmək istədiyimiz problemlərə heç kim etinasız qalmaz", - deyə türkiyəli nazir bildirib.
Qeyd edək ki, Yusuf Tekin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Sıfır Tullantı" mövzusunda hazırlanan stendi və Heydər Əliyev fondunun stendini ziyarət edib.
Xanım Aydın
"COP29" teqi üzrə xəbərlər
- Türkiyəli nazir müavini COP29-a qatılıb
- SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
- "Haber Global": "COP29 iqlim dəyişikliyində qadınların əhəmiyyətini vurğulayan ən mühüm toplantıdır"
- COP29-un on birinci günü: Mavi Zona tədbirləri başa çatıb
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib