Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyaya iş dalınca gedənlərin nəzərinə: Qaydalar sərtləşdirilir
Rusiyaya işləmək üçün yollanan insanların adaptasiyası istiqamətində iş aparılmalıdır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib.
Onun sözlərinə görə, miqrantlar rus dilini bilməli, çoxmillətli mədəniyyəti dərk etməlidirlər.
“Onlar sadəcə olaraq dövlətimizin həyat şəraitinə uyğunlaşdırılmalıdır. Yalnız bu halda xalqımız onları qəbul edəcək”, - deyə Medvedev bildirib.
Təhlükəsizlik Şurasının sədr müavini miqrantların ölkədə adətən yerli əhalinin iş yerlərini əlindən alan adamlar kimi qəbul edildiyini vurğulayıb.
“Ancaq, bununla yanaşı, ölkə sakinlərinin özlərinin bəzi iş növlərinə getmək istəmədiyi barədə danışılmır. Müxtəlif səbəblərə görə: az pul verilir, iş çox ağırdır, prestijli deyil və s.”
Medvedevin sözlərinə görə, Rusiayaya işləməyə gedənlərin, miqrantların adaptasiyası ilə bağlı işlər Təhlükəsizlik Şurasının xüsusi qrupu çərçivəsində ediləcək.
“Heç bir ölkə miqrant axını olmadan keçinə bilməz, lakin bu, sivil proses olmalıdır və bununla bağlı problemlər var. Qeyri-qanuni miqrasiya olur, miqrantlar tərəfindən qanun pozuntuları var”, - Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
O, hesab edir ki, miqrantlar üçün qaydalar kifayət qədər sərt olmalıdır ki, səfər edənlər Rusiya qanunlarına əməl etsinlər.
“İşləmək üçün gələn hər kəs Rusiya qaydalarına əməl etməlidir. Bu qaydalar belə insanların gəlməsi üçün əlverişli olmalıdır, həm də qanunvericiliyimizə tam həcmdə əməl edilməsi üçün kifayət qədər sərt olmalıdır”, - deyə Medvedev bildirib.
Medvedev xatırladıb ki, miqrasiya siyasəti sahəsində Rusiya qanunvericiliyi dəyişir, məsələn, ölkədən çıxarılma qaydaları sadələşdirilib.
Bununla yanaşı, Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, Rusiyada qeyri-qanuni qalma və işləmək hallarında kifayət qədər sərt qərarlar qəbul edilməlidir.
“Hər kəs başa düşməlidir ki, Rusiya ərazisində mövcudluq qanuni, rəsmi olmalıdır, işəgötürən miqrantın fəaliyyətinə görə cavabdehdir, çünki o, onu dəvət edib və bəzi qaydalara əməl olunmasa, belə bir şəxs çox güman ki, geri qayıtmaq hüququ olmadan ölkədən qovulacaq”, - Medvedev bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasına qonşu dövlətlərin, Avrasiya İqtisadi İttifaqı ölkələrinin “kimisə qaytarmağı xahiş etdiyi” hallar olur və bir sıra hallarda belə müraciətlərə baxılır.
Mənbə: TASS
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Rusiyanın hava hücumundan müdafiə sistemləri iki "Storm Shadow" raketini vurub
Rəylər