Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Haber Global: "Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi"
Türkiyənin Haber Global telekanalı Bakıda keçirilən COP29 İqlim Konfransının işini işıqlandırmaqda davam edir.
Bu gün telekanalın efirində təqdim edilən silsilə reportajlarda Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım Comert Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında üçtərəfli görüş, BMT baş katibi Antoniu Quterreşin açıqlamaları diqqət mərkəzində olub.
Bildirilib ki, üç ölkə arasında yaşıl enerjinin inkişafı sahəsində anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, üç ölkənin hasil etdiyi yaşıl enerji Xəzər dənizi vasitəsilə ötürüləcək və layihə Qara dəniz enerji kabelinə birləşdiriləcək.
Həmçinin Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin bugünkü çıxışında vurğuladığı "kritik minerallar" məsələsinə diqqət yetirilib. Bu minerallar elektrikli avtomobillərdən tutmuş smartfonlara qədər bir çox məhsulda istifadə olunur. Ona görə də, onlara artıq vacib, qiymətli və kritik minerallar deyilir. Onların mənbələri arasında inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələr də var.
Reportajların birində Bakıdan ölkəsinə qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarədə jurnalistlərə verdiyi açıqlamalar yer alıb. Dövlət başçısı Azərbaycanda ona və nümayəndə heyətinə göstərilən hörmət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"COP29" teqi üzrə xəbərlər
- SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası "Yaşıl ətraf mühit günləri" keçirib
- COP16-da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi
- Azərbaycan Prezidentinin siyasi addımı amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının SİYAHISI AÇIQLANDI