Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransanın keçmiş və hazırkı koloniyaları haqqında tədqiqat təqdim edilib
Şuşa şəhərində "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Karl Korbin tərəfindən yazılmış "Fransız kolonializminin təkamülü: siyasi və konstitusional tədqiqat" adlı hesabatın təqdimatı keçirilib.
"Trend"in məlumatına görə, 140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları - Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaky), Fransız Polineziyası (Maohi Nui), Saint Martin, Saint Barthelemy, Mayotte (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinik, Qvadelupa və Fransız Qvianasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırkı kolonial siyasəti barəsində məlumat verilir.
Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu çirkin əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.
Xüsusi olaraq qeyd olunur ki, Yeni Kaledoniyada hazırda cərəyan proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz siyasi kolonial siyasətini zorla irəlilətmək istəyi olub. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrinin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunub, bunun beynəlxalq ictimaiyyəti yerli kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanıb.
Qeyd edək ki, tədqiqat Fransa hökuməti tərəfindən koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək. Tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.
"II Şuşa Qlobal Media Forumu" teqi üzrə xəbərlər
- Şuşada keçirilən mediaforum zamanı hansı bəyanatlar İrəvanı heyrətə gətirdi?
- Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
- Mariya Zaxarova II Şuşa Qlobal Media Forumunun əhəmiyyəti haqqında danışdı
- İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ərəbdilli mətbuatda
- Sizə xəbərimiz var: 22.07.2024-ün ən mühüm hadisələri