Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şuşada keçirilən mediaforum zamanı hansı bəyanatlar İrəvanı heyrətə gətirdi?
Cənubi Qafqaz regionunda ötən həftə baş verən əsas hadisə Azərbaycanın Şuşa şəhərində keçirilən II Beynəlxalq Qlobal Media Forumu olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Baku TV RU" "YouTube" kanalının redaktoru Səbinə Dadaşova "Nəticədə" verilişində bildirib.
"Üç gün davam edən qızğın müzakirələr, 50 ölkədən 150 qonaq, onlarla media nümayəndəsi və beynəlxalq ictimaiyyətdə səs-küyə səbəb olan bir neçə sensasiya", - materialda bildirilir.
Qeyd olunur ki, media-forumun əsas mövzusu çox aktual olub - yalan hekayələrin ifşa edilməsi və dezinformasiya ilə mübarizə.
"Prezident İlham Əliyev Türkiyə agentliyinin sualını cavablandırarkən deyib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin mətninin 80-90%-i artıq razılaşdırılıb və həll edilməli olan iki məsələni qeyd edib. Birincisi, Ermənistan Konstitusiyasından qondarma Dağlıq Qarabağ və Ermənistanın birləşdirilməsi ilə bağlı bəndi çıxararaq, dəyişiklik edilməsidir. İkincisi, Minsk qrupunun buraxılması tələbi ilə Azərbaycan və Ermənistanın ATƏT-ə birgə müraciəti ilə bağlı Bakının təklifini qəbul etməkdir. Axı qrupun formal mövcudluğu faktiki olaraq artıq mövcud olmayan "Qarabağ münaqişəsi"nin mövcudluğunu qanuniləşdirir. Bu sözlər erməni revanşist düşüncəli mediada və ictimai səhifələrdə kəskin reaksiyaya səbəb olub", - deyə Dadaşova əlavə edib.
Daha ətraflı videoda:
"II Şuşa Qlobal Media Forumu" teqi üzrə xəbərlər
- Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
- Mariya Zaxarova II Şuşa Qlobal Media Forumunun əhəmiyyəti haqqında danışdı
- Fransanın keçmiş və hazırkı koloniyaları haqqında tədqiqat təqdim edilib
- İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ərəbdilli mətbuatda
- Sizə xəbərimiz var: 22.07.2024-ün ən mühüm hadisələri